Fin şirkəti Nokia Sentyabr ayının 3-ü onun mobil biznesinin  ABŞ-ın Microsoft şirkətinə satıldığını elan edib. Müqavilə idarə heyəti tərəfindən təsdiq edildikdən sonra, əfsanəvi korporasiyanın yalnız bütün ölkələrin hakimiyyət orqanları ilə formal işlərinin həll edməsi qalırdı.


 


Görünür ki, bu proses son mərhələsinə çatıb. “Nokia”nın rəsmi bəyanatına görə, satış Aprelin 25-də, yəni bu həftə sonuna qədər baş tutacaq. Xatırladaq ki, müqaviləyə yalnız smartfon biznesi və patent portfeli daxildir. 25 Apreldən sonra Fin korporasiyasının bu hissəsi “Microsoft Mobile” kimi adlanacaq.