Bu zamanadək Google hansı rəng "Glass" almaq istədiyinə qərar verə bilməyən müştərilərinə, 50 dollarlıq əlavə ödəmə qarşılığında, 4 fərqli rəng “Glass” eynəklərinin hərəsindən bir dənə göndərirdi.


 


Ancaq bu eynəklər istifadə edilməsi mümkün olmayan eynəklər idi. İstifadəçilər, gözlərinə ən çox yaraşan rəngə qərar verdikdən sonra dörd eynəyi “Google”a geri qaytararaq və 1.500 dollarlıq həqiqi eynəyi sifariş verərək istədiyi rəngdə eynəyi ala bilərdi.


 


Ancaq, Google qısa müddət əvvəl bu tətbiqə son verdiyini açıqladı. Artıq istifadəçilər 1.500 dollarlıq eynəkləri satın almadan əvvəl üzlərinə yaraşıb yaraşmayacağını görmək üçün eynəkləri sınamaq şansına sahib deyildir. Əlbəttə daha sonralar eynəklər  texnoloji marketlərdə satışa təqdim olunacağı zaman müştərilər eynəkləri sınaqdan keçirə biləcəklər. Hal-hazırda bu eynəkləri yalnız “Google”dan online olaraq satın almaq mümkündür.