Samsung Electronics şirkəti smartfon ilə evdə bütün texnikanı asanlıqla idarə etmək mümkün olan "Samsung Smart Home" tətbiqini təqdim etdi. Samsung smartfon vasitəsi ilə qurğu və cihazları idarə etmək üçün onu sadəcə tətbiqə birləşdirmək kifayətdir.


 


İnformasiya şəxsi məlumatların tam təhlükəsizliyini təmin edən şifrələnmiş şəkildə ötürülür. Bu proqram birdən çox cihaza eyni zamanda əmr göndərməyə imkan verir.


 


Əgər sadəcə olaraq uzaqdan idarə alətinə “Gecən xeyrə” deyirsənsə onda tətbiqə qoşulmuş bir neçə cihaz (televizor, kondisioner) avtomatik olaraq sönür. Bunun üçün istifadəçi evdə olmaya da bilər. Məsələn işdən bu sistemi idarə etmək mümkündür. İstifadəçilər tezliklə “Samsung Apps” və ya “Google Play”dan bu proqramı yükləyə biləcəklər. Samsung Gear 2 ağıllı saatı və ağıllı televizorları üçün çox yaxında xüsusi bir proqram təqdim olunacaq.