Dünyanın ən məşhur axtarış mühərriki olan “Google”un hər ay təxminən 100 milyard axtarış etdiyi açıqlandı. Dünyanın ən çox üstünlük verilən axtarış mühərrikinə sahib olan Google, axtarış mühərrikinin müvəffəqiyyətlərini ön plana çıxarmır.
Ancaq internet nəhəngi, ötən günlərdə təşkil edilən bir tədbirdə açıqladığı rəqəmlərlə hər kəsi təəccübləndirməyi bacardı. Google Adwords reklamçıları üçün təşkil edilən tədbirdə hər ay orta hesabla 100 milyard axtarış edildiyini açıqladı.
Şirkət tərəfindən açıqlanan bu xəbər göstərir ki, məşhur axtarış mühərriki üzərindən hər gün təxmini 3.3 milyard axtarış edilir. İnternet nəhəngi Android axtarış xüsusiyyəti və səsli axtarış kimi statistikaların də bu rəqəmə daxil olduğu qeyd etdi.