Varşavada idman üslubunda geyimlər təqdim edən Rip Curl Pro Store mağazası Havas Worldwide Warsaw agentliyi ilə birlikdə “Color is for Everybody” (hər kəs üçün rəng) layihəsini hazırladı.
Bu layihə görmə əngəlli insanlar üçün nəzərdə tutulmuşdur. Xüsusi yarlıqlar gözdən əlil insanlara “Rip Curl”un sonuncu parlaq kolleksiyasından olan geyimlərin rəngini bilməyə kömək edir.
Belə ki, bu yarlıqlar rənglərin adını səsləndirir. Yarlıqlar kağızdan deyil parçadan hazırlanmışdır. Belə ki, bu yarlıqları gözdən əlil olan şəxsin asanlıqla geyimləri ilə məşğul ola bilməsi üçün onu geyimlərə tikmək mümkündür. Reklam çarxında Kilimancaronu fəth edən ilk kor alpinist Pawel Urbanski çəkilib. Onun sözlərinə görə hərdən istədiyin geyimin rəngini seçmək dağa qalxmaqdan daha çətin olur. Bu səbəbdən də Rip Curl layihəsi çox müvəffəqiyyətlidir.

