McCann London agentliyi 15-21 İyun tarixində keçiriləcək olan International Festival of Creativity festivalı üçün reklam afişaları hazırlayıb. Afişalar üçün “Youll come back as pumped as a stock photo model” sloqanından istifadə olunub.



Afişalarda iştirak edən modellərə dünyanın ən aparıcı agentliklərindən olan reklam yaradıcıları xidmət göstərib.



DDB-dən Amir Kassaei, Droga5-dən Ted Royer, Ogilvy China-dan Sean Sim və Cindy Gallop, AKQA-dan James Hilton və The Barbarian Group-dan Ben Palmer. Onları məşhur fotoqraf Max Oppenheim çəkmişdir. Afişalarda Success, Winning, Energized, Cannes və Pumped axtarış sözləri qeyd olunmuşdur.