PayPal alış-verişi məşhur daşınabilən texnologiya və ya ağıllı saatlar, bilərzik, boyunbağı və bu kimi aksessuar-avadanlıqları ilə etməyə imkan verən yeni xidmət başladıb.
Bir müddət əvvəl PayPal, "Samsung Galaxy Gear Fit" bilərziyindən və "Galaxy Gear 2" saatından istifadə edərək “San Jose”də pilot layihəsini təqdim etmişdi. İndi isə kafedə quraşdırılan PayPal Beacon xüsusi proqram və cihazının köməyi ilə nəinki hesabı asanlıqla ödəmək eyni zamanda asanlıqla sifarişi almaq mümkündür.
Ziyarətçi kafeyə ağıllı cihazı ilə daxil olan zaman PayPal Beacon onu tanıyır və həmin şəxsin fotoşəkili xüsusi kassa terminalında görünür. Beləliklə müştərinin problemi öz-özünə həll olunur. Sifarişinin pulunu ödəmək üçün müştərinin sadəcə olaraq əlində olan cihazın ekranına toxunmağı kifayətdir. Bu “PayPal” və “Samsung”un xüsusi layihəsidir. Reklam çarxında cihazın necə işlədiyini görmək mümkündür.