ABŞ-da autizm haqqında maarifləndirməyə həsr olunmuş bir layihədə üç brend bu xəstəlikdən əziyyət çəkən insanlara kömək əlini uzatdı. Onlar bu layihədə iştirak edərək reklam kampaniyasında yer aldı.
Layihəni təşkil edən Autism Speaks təşkilatı iddia edir ki, autizm xəstəliyinə əvvəlcədən qoyulmuş diaqnoz körpənin və onun valideynlərinin həyatında böyük rol oynayır. Bu Autism Speaks ilə yanaşı eyni zamanda üç brend Campbells Soup, Band-Aid və AT&T-nin ifadə etdiyi BBDO New York-dan olan reklam çarxında diqqətə çatdırılır.
Reklam çarxında gənc oğlanın real həyat hekayəsindən bəhs edilir. Uşağın valideynləri onda olan xəstəliyin vaxtında fərqinə varır və ona mümkün olan bütün köməkliyi edərək onun ictimailəşməsinə və lisey bitirməsinə nail olurlar. “BBDO Worldwide”nin prezidenti və “Autism Speaks”in idarə heyətinin üzvü Andrew Robertson bildirib ki, bu layihəni həyata keçirməyə bizi motivasiya edən məhz bu sözlər oldu: “ABŞ-da hər 68 uşaqdan biri autizm xəstəliyindən əziyyət çəkir. Lakin tədqiqatlar göstərir ki, erkən diaqnoz və müdaxilə, davranış müalicəsi vəziyyəti yaxşılaşdıra bilər”.