Apple gözlənildiyi kimi yeni “MacBook Air”lərini satışa təqdim etdi. 11 və 13 düymlük iki fərqli "MacBook Air" modelini satışa təqdim edən şirkət cihazın xüsusiyyətlərində dəyərli dəyişikliklər etməyə laqeyd yanaşmadı.
Cihazın bütün standart modellərində 1.4 GHz sürətində cüt nüvə Intel Core i5 prosessor və 4 GB RAM istifadə edilir. Əvvəlki silsiləyə görə yeni “MacBook Air”in qiyməti 100 dollar daha ucuzdur.
Bu şəkildə 128 GB yaddaşı olan 11 düymlük “MacBook Air” 899 dollardan müştərilərə təqdim olunarkən, 13 düymlük modeldə isə bu qiymət 999 dollar olaraq təyin olundu. Apple şirkətinin gözlənilən bir digər 12 düymlük “MacBook” modelinin isə il sonuna doğru satışa təqdim edilməsi gözlənilir.