Samsung şirkəti, daha bir qeyri-adi dizayna malik olan yeni telefonunu təqdim etdi. Yeni mobil telefon ön hissədən baxıldığında adi bir smartfon telefona bənzəsə də, arxa tərəfindən baxınca rəqəmsal fotoaparat kimi görünür.


 


“Samsung”un yeni model telefonu olan Galaxy K Zoom, rəqəmsal bir kamera ilə Android ağıllı telefonun xüsusiyyətlərini birləşdirir. Galaxy S5 ilə müqayisə olunduğu zaman bir az daha kiçik bir ekrana malikdir.


 


Galaxy K Zoomun kamerası 20,7 meqapiksel həllolma əmsalına və 10x optik zoom xüsusiyyətinə malikdir. Galaxy K Zoom olduqca qalın və ağırdır. Telefon, masanın üzəri kimi düz bir səthə arxası üstə  qoyulduğu zaman düz dayanmadığı nəzərə çarpır. Yeni telefon mavi, qara və ağ olmaqla üç fərqli rəngdə müştərilərə təqdim olunacaq. İlk mərhələdə telefon Asiya və Avropa bazarlarında satışa təqdim olunması planlaşdırılır. Kameralı telefonun xüsusiyyətlərindən biri də hərəkət edən cisimləri izləyə bilmək funksiyasıdır. Fotoşəkili çəkən adam bu şəkildə davamlı olaraq cisimi fokuslamaq məcburiyyətində qalmır.