Nokia şirkətinin son telefonları, ovsunlayıcı kameraları ilə istifadçilərə təqdim olunacaq. Finlandiyalı şirkət, 5 megapiksellik "Superman" adlı  bir "selfie kamerası" təqdim etməyi planlaşdırır.


 


Haqqında danışılan cihaz, 4.7 düym ekranlı, 5 megapiksel ön kameralı bir telefondur. "Selfie telefonunun" ilin sonuna doğru, ikinci Windows Phone 8 yenilənməsi ilə birlikdə təqdim edilməsi gözlənilir. İddialara görə Microsoft, İyul ayında mobil əməliyyat sistemi üçün ilk yenilikləri (Windows Phone 8.1) hər kəsin istifadəsinə təqdim edəcək.