Kaliforniyada bir qrup elm adamının hazırladığı ağıllı üzük layihəsi yaxın gələcəkdə üzüklərin belə texnologiya ilə çox sıx bağlı olacağını göstərir. “Nod” adını daşıyan bu ağıllı üzük ilə əl hərəkətlərindən istifadə edərək ağıllı telefonlara və hətta televiziyalara belə nəzarət etmək mümkün olacaq.
Bluetooth şəbəkə texnologiyasını istifadə edən, televiziya, tablet, telefon kimi cihazlarının funksionalığına təsir edə bilən və bu cihazları yalnız barmaq hərəkətləriylə idarə ədəbilən “Nod” ağıllı üzükyü hər daim açıq mövqedədir. Su keçirməyən quruluşu ilə həyatı asanlaşdıran üzüyün qiyməti isə yalnız 150 ABŞ dollarıdır.
