Yello Advertising hadisə və predmetlərə öz fərqli yanaşma tərzini saxlamaqda davam edir. Təbii ki, bu yanaşma tərzini dəstəkləyən müştərilərin sayəsində...Bu dəfə yeniliklərə açıq müştəri qismində Azbentonit şirkəti çıxış etdi.
Şirkətin yeni məhsulu Fiber – keramika yapışdırıcısı üçün Yello komandasının hazırladığı iş öz unikallığı ilə seçilir. “KERAMİKANI CƏZB EDİR!” konsepti əsasında hazırlanmış reklam filmi yaradıcı düşüncənin və ciddi zəhmətin nəticiəsi olaraq ortaya çıxıb.
Mayın 2-dən ölkə TV-lərində yayımlanan bu reklam filmi istər kreativliyi, istərsə də, istehsal keyfiyyəti baxımından reklam bazarında keyfiyyət trendi yaratmağa qadirdir. Aşağıdakı keçidlər vasitəsilə həm filmi (ingilis və rus dilindəki subtitr seçimi ilə), həm də filmin make-up videosunu izləyə bilərsiniz: