2014-cü ilin Yanvar-Aprel aylarında Azərbaycanda facebook istifadəçilərinin sayı 5,48 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə "Facebook" istifadəçilərinin sayı 3,15 faiz artıb. 



 


Facebook Azərbaycanda ən populyar sosial şəbəkədir. Onun sosial media bazarında payı 68,63 faizdir. Hesabat dövründə Twitter sosial şəbəkəsinin istifadəçilərinin sayında azalma qeydə alınıb.


 


Bu dövrdə Twitterin payı 22,74 faiz azalaraq 8,97 faiz təşkil edib. Bu da 2013-cü ilin analoji dövr göstəricisindən 23,92 faiz azdır. Yanvar-Apreldə "YouTube" istifadəçilərinin sayı 30,54 faiz artıb. "YouTube"nin Azərbaycanda bazar payı 8,59 faiz təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə "YouTube"nin auditoriyası 33,93 faiz azalıb. 4,15 faiz paya sahib "Tumbir" siyahının dördüncüsüdür. "Odnoklassniki" sosial şəbəkəsinin istifadəçilərinin sayı 38,91 faiz azalıb. Bu sosial şəbəkənin bazar payı 3,47 faizdir. Sonrakı yerləri "Pinterest" (2,8 faiz) və "Vkontakte" (1,68 faiz) tuturlar.