Biz hələ 4K keyfiyyətli TV-lərə yeni yeni alışarkən Yaponlar “4K”nı tabletlərə daşımağa hazırlaşır. Tabletlərin gedərək daha yüksək həllolma dəqiqliyinə sahib olmasına alışdıq.


 


2.048 x 1.536 piksel həllolma dəqiqliyinə sahib tabletlərdən sonra, 2.560 x 1.600 piksel həllolma dəqiqliyə sahib Google Nexus 10.1 bazara çıxmışdı. İndi isə texnologiya dünyası 3.840 x 2.160 piksel həllolma dəqiqliyinə sahib ekranlar təqdim etməyə hazırlaşır.


 


Yaponiyada istehsal edilən yeni tablet ekranlar hər düymdəki 483 piksel sıxlığı ilə 4K televiziyalarında olduğu kimi eyni piksel sıxlığına çatmış olacaq. Yeni tablet ekranlar çox aşağı enerji istehlak edərək yüksək keyfiyyətli tabletlər istehsal etməyi mümkünləşdirir.