Saxlama texnologiyası üzərində uzun illərdir işlərini davam etdirən Sony, bir zamanların əfsanəsi “maqnitik kasetləri” təkrar həyata qaytarır.


 


Xüsusilə 90-cı illərə damğasını vuran maqnitik kasetlərin ardından əvvəlcə “CD”lərlə tanış olmuş daha sonra  DVD, Blu -ray, xarici disk və USB yaddaşlarımızda şəkil dəyişdirərək saxlama ehtiyacımızı qarşılamağa davam etmişdik.


 


Sony isə “Blu- ray”dan tam 3 min 700 qat daha böyük məlumat yığa bilən maqnitik bir kaset təqdim etdi. Bu günün bütün saxlama texnologiyalarından çox daha yüksək olan sözü gedən texnologiya standart kasetlərdən 74 qat daha çox məlumat yığmaq sıxlığına da sahibdir. Hər düym başına 148 GB məlumat yığa bilən “Sony”nin yeni maqnitik kasetlərinin nə vaxt və hansı dizaynda satışa təqdim ediləcəyi isə hələ bilinmir.