Məşhur ağıllı telefonların üstünün qiymətli daşlarla və ya qızıl örtüklə örtülməsi artıq alışdığımız bir vəziyyətdir. Son olaraq bundan üzərinə düşən payı götürən isə HTCnin son modeli “HTC One M8” oldu. Qızıl örtüklü “HTC One M8”i İngiltərədə fəaliyyət göstərən “Goldgenie” adlı şirkət istehsal edib.
Cihazın standart modeli 1800 avro, gül qızıl örtmə modeli isə 2000 avro olaraq satışa təqdim edilir. Son olaraq “platinium” seçimi etdiyinizdə isə bu qiymət 2150 avroya qədər qalxır.