“Samsung” şirkətinin gözlənilən telefonlarından “Galaxy K Zoom” artıq May ayında təqdim olunacaq. Cihazın açıqlanan Avropa qiyməti isə 519 avro olaraq təyin olundu. “Galaxy S4 Zoom”la müqayisədə daha incə bir dizayna sahib olan yeni telefon Android 4.4 əməliyyat sisteminə sahibdir.


 


6 nüvə Exynos prosessordan güc alan və prosessoru 1.3 GHz sürətində olan “Galaxy K Zoom”un ümumi yaddaşı 64 GB-a qədərdir. Bluetooth 4.0 BLE şəbəkə texnologiyasını dəstəkləyən cihaz özündə 10x optik zoom, 20 megapiksel fotoşəkil çəkmə xüsusiyyətlərini birləşdirir. Cihazın ilkin mərhələdə Asiya ölkələrində qısa müddət ərzində satışa təqdim edilməsi gözlənilir.