Nivea yay mövsümünün başlaması ilə əlaqədar olaraq çimərlikdə öz övladının yerini təyin etməyə köməklik edən reklam kampaniyası təqdim etdi. Bu reklam kampaniyası Braziliyanın bir jurnal səhifəsində təqdim olunub.



"Kağız saat"ı asanlıqla jurnalın səhifəsindən götürüb körpənin qoluna bağlamaq olur. Saat “NIVEA Protege” tətbiqinə quraşdırılaraq valideynin smartfonu ilə inteqrasiya olunur və körpənin nə qədər uzaqlaşdığı haqqında valideynə məlumat ötürür.



Valideynlər özləri maksimal uzaqlaşma məsafəsini seçirlər. Əgər körpənin uzaqlaşdığı məsafə maksimum olarsa telefona siqnal gəlir. Bilərzik suya davamlı kağızdan hazırlandığı üçün körpələr aksesuara bir ziyan vermədən rahatlıqla suya girə bilər. Layihə FCB Brasil agentliyi tərəfindən hazırlanıb. Bilərziyin necə işlədiyinə isə bu keçid vasitəsi ilə baxa bilərsiniz.