Hər kəsin gözü ağıllı saat “iWatch”un üzərindəykən indi də diqqətləri “Windows”lu bu ağıllı saat çəkdi. “Wellograph” adında yeni bir ağıllı saat dizaynı Windows Phone sevənləri həyəcanlandırdı.


 


Windows Phone ilə ahəngdar olan ağıllı saat eyni zamanda ürək ritmini, qan təzyiqini də ölçəbilir, addımları sayır. Telefon qeyd etdiklərini həm iOS və Android cihazlara həm də Windows Phone sistemli cihazlara ötürə bilir.


 


Telefonda dörd menyu var: Ana səhifə, Fəaliyyət, Ürək və Qaçma & Yerimə. Hər kateqoriyada, istifadəçinin daha rahat məlumat ala bilməsi üçün üç ayrı görünüş var. Telefon bu məlumatları ağıllı telefonda olan Wellograph tətbiqi ilə sinxronizasiya edir. 50 metr dərinliyə qədər su təzyiqinə də dayanıqlı olan ağıllı saatın metal və dəridən ibarət olan səthi də diqqəti cəlb edir. Hələ satışa təqdim olunmayan ağıllı saat 350 dollarlıq qiymət dəyərinə sahibdir.