Hələ rəsmi bir şərh olmasına baxmayaraq Apple şirkətinin çox yaxında radikal bir qərarla bəzi telefonların səs sistemlərində gördüyümüz “Beats”ı satın alacağı danışılır. Yəni Beats Audio dəstəyi çox yaxında yeni “iPhone”ların ən əhəmiyyətli xüsusiyyətlərindən biri ola bilər.
Şirkətin “Beats”ı 3.2 milyard dollara alacağı deyilir. “Bloomberg”in xəbərinə görə iki şirkət arasındakı alış-veriş danışıqları başlamış vəziyyətdədir. Satın alma reallaşdığında isə başda iPhone olmaq üzrə iPod, iMac, MacBook və iPad kimi Apple şirkətinin geniş yayılmış məhsulları da Beats Audio texnologiyasından üzərinə düşən payı almış alacaqdır.