Alicia Keys “Givenchy” ətrinin yeni siması oldu. 33 yaşlı müğənninin iştirakı ilə baş tutan reklam kampaniyası bu ilin Sentyabr ayında təqdim olunacaq. Alicia Keysin məhz hansı ətri reklam etdiyi isə hələ açıqlanmayıb.



Müğənni bildirib ki, “Mənə “Givenchy”nin yeni ətrini dünyaya tanıtmaq şansı verildi. “Givenchy” uzun zamandır ki, ən məşhur modalar evinin "lüks" sırasına daxildir və mənim ən sevimli brendimdir”. Daha öncələr “Givenchy” ətrini Justin Timberlake, Uma Thurman, Amanda Seyfried və Liv Tyler reklam edib.