Gap, incəsənət və moda haqqında New York jurnalı Visionaire ilə birlikdə qeyri-adi t-shirt kolleksiyasını təqdim etdi. T-shirtlərin üzərində əks olunan fotoşəkillər ağ-qara rəngdədir.



Lakin, birbaşa günəş işığı altında rənglər dəyişir. Bu xüsusi ultrabənövşəyi-həssas mürəkkəbin istifadə olunması ilə əlaqəlidir. T-shirtlərin üzərində əks olunan fotoşəkilləri məşhur rəssamlar Alex Katz, Yoko Ono, Roy Ethridge, Peter Lindbergh və başqaları hazırlayıb.



Kolleksiya 9-12 May tarixində New Yorkda keçirilən Frieze Art Fair incəsənət sərgisində nümayiş olunacaq. Satışlar isə Gap xüsusi mağazalarında və Visionaire satış mərkəzində olacaq.