BBDO və Proximity Singapore “World Under Water” (suyun altndakı həyat) adlı layihəsini təqdim etdi. Bu layihə Qlobal İstiləşmə və Dünya Ətraf Mühitin Mühafizəsi Günü (5 iyun) mövzusuna həsr olunmuşdur.



CarbonStory agentliyi ilə birlikdə təqdim olunan layihə iqlim dəyişikliyi ilə mübarizədə vəsaitin toplanması üçün bir vasitədir. Layihənin şüarı isə belədir: World Environment Day: “Raise your voice, not the sea levels”.



Web GL və Google Street View texnologiyasının köməyi ilə gələcəkdə Sinqapur, Paris, Dubay, London və başqa şəhərlərin nələr gözlədiyini görmək mümkündür. “World Under Water” layihəsi insanları faciənin qarşısını almaq üçün özlərinin “karbon izini” azaltmağa həvəsləndirir.