Airbnb bir müdət əvvəl ABŞ bazarında təqdim etdiyi reklam kampaniyasından sonra ilk dəfə “Views” (baxışlar) adlı reklam kampaniyasını başlatdı. Bu layihəni həmçinin Pereira & O Dell agentliyi də hazırlayıb.
60 dəqiqədən ibarət olan reklam çarxı ilə rejissor Alma Harel məşğul olub. Bu reklam çarxında dünya yerli sakinlərin gözü ilə göstərilib. Layihə “Come see a world differently” şüarı altında keçirilib.
Hal-hazırda Airbnb bütün dünyada 600 000-dən çox mənzil, ev və hətta kəndlərdə yaşayış evləri təklif edir. Layihə ABŞ-da, Avropa və Asiyanın səkkiz ərazisində keçirilir: Böyük Britaniya, Almaniya, Fransa, Sinqapur, Koreya, Yaponiya, Çin və Braziliya.