Ogilvy Brazil agentliyi və Günəş əleyhinə kosmetik vasitə Sol de Janeiro dəri xərçəngi ilə mübarizə üçün maraqlı bir layihə hazırlayıb. Xərçəngin xəstəlikləri arasında dünyada ən çox yayılanı məhz dəri xərçəngidir.
Birbaşa günəş şüaları xəstəliyin riskini artırsa da insanlar bu haqda düşünmür. Çimərlik mövsümü ərəfəsində insanlar öz bədənlərini qorumaqdan kənar durur hətta bir çoxları döymə etdirir.
Hər il Braziliyada 180 000 dəri xərçənginə yoluxmuş insan xəstəxanalarda qeydiyyatdan keçir. Məhz bu səbəbdən də Braziliya əhalisinə xəbərdarlıq etmək üçün Ogilvy Brazil agentliyi döymə etdirən insanlara maarifləndirici reklam çarxı təqdim etdi.