Adidas iştirakçıların Braziliyaya yeddi günlük səyahət əldə edə biləcəyi #unlockbrazil müsabiqəsini keçirir. Müsabiqənin qaydalarına əsasən aktiv istirahəti sevən insanlar dırmanma üçün əlverişli yerlər yaratmalıdır.
Foursquare və başqa sosial şəbəkələrdə digər iştirakçılar ilə birlikdə çəkilmiş şəkillərini yükləməli və müsabiqə ilə bağlı məlumatları paylaşmalıdır. Həmçinin onlara Braziliya və ekstremal idman növləri ilə bağlı keçirilən yarışmanın suallarına cavab vermək, dostlarını da bu müsabiqədə iştirak etməyə dəvət etmək təklif olunur. Beynəlxalq müsabiqə May ayının 5-dən İyun ayının 6-dək yalnız ingilis dilində olmaqla davam edəcək. İyun ayında bütün Dünya üzrə beş qalib şəxs seçiləcək.

