Ağıllı qol saatı və biləklikləriylə hazırda geyilə bilən texnologiya bazarında güclü bir brend olan Samsung, bu müvəffəqiyyətini ağıllı eynək sahəsinə də daşımaq və“Google”un monopoliyasını qırmaq niyyətindədir.
Bu səbəbdən ağıllı biləkliklərdə istifadə etdiyi “Gear” markasını ağıllı eynəyə daşımağı planlaşdıran şirkət Gear Glass markasıyla istifadəçilərinin qarşısına çıxmağı hədəfləyir.
Samsungun öz mobil əməliyyat sistemi olan “Tizen”i istifadə etməsi gözlənilən “Gear Glass”ın 5 Sentyabrda Berlində başlayacaq IFA sərgisində nümayiş olunacağı düşünülür. Hal - hazırda geyiləbilən texnologiyalar üzərinə patenti olan Samsung, həm ABŞ, həm də Cənubi Koreyada bu texnologiyanın patentini almış vəziyyətdədir. Google şirkətinin 2012-ci ildə ağıllı eynəyi “Google Glass”ı istehsal etməsindən bu yana Vuzix kimi çox az sayda firma bənzəri bir məhsul inkişaf etdirmiş, ancaq heç biri “Google Glass”ın şöhrətini əldə edə bilməmişdir. Şirkətin 1500 dollardan ABŞ-da satışa təqdim edilən “Google Glass”ın yeni nəsli “Google Glass 2” üçün əlaqədar patenti çoxdan aldığı da artıq məlumdur.