İngilis dili tələffüzünü daha da yaxşılaşdırmaq istəyənlərə xoş xəbər. Google Chrome - təcrübəsi “Up Spell” ilə istifadəçilərə İngilis dili tələffüzünü yaxşılaşdırmağı təklif edir.


 


Sınağın xüsusi internet saytına daxil olduqda istifadəçi ekranda nümayiş olunan “qala” şəklində söz və hərfi tələffüz etməlidir. "Web Speech API" adlı nitqin tanınması texnologiyası insanın bunu nə dərəcədə düzgün edəcəyini müəyyənləşdirir.


 


Nə qədər ki, tələffüz düzgün şəkildə edilmir sözlərdən əmələ gələn “qala” yüksəlir. Oyun naməlum sözlərin təxmin edilməsi və söz tapmacalarının tapılması kimi bir neçə çətin mərhəldə aparılır. Oyun mərhələlərini keçdikcə istifadəçilər mükafat olaraq xal toplayır. Spell Up nəinki Chromeda həmçinin Android tətbiqlərində də işləyir.