Artıq çoxdandır ki, ilin ən aparıcı modellərdən biri olan HTC One (M8)-in mini versiyası çoxları tərəfindən gözlənilirdi. Cihaz dünən, yəni May ayının 16-sı rəsmi olaraq istifadəçilərə təqdim edildi.


 


HTC One mini 2 kommersiya adı alıb və bununla yanaşı böyük modelin üstünlüklərini əldə edib. Cihazda metal çərçivədən ibarətdir. HTC One mini 2 boz, gümüş və qızılı rənglərdə olmaqla üç rəngdə təqdim olunub. 


 


Eyni zamanda cihaz əsasən kameraya təsir edən, sadələşdirilmiş spesifikasiyalar ilə təciz edilib. HTC One mini 2-də, Duo Kamera modulu yoxdur, lakin onun əvəzinə istifadəçi avtofokus və flash ilə adi 13 meqapiksel kameradan istifadə edə biləcək.