Apple və Bentley şirkətləri öz məhsullarını eyni prinsiplə istehsal edir: bahalı materiallar, yenilikçi texnologiya və yüksək səviyyədə xidmət. Yəqin ki, iki şirkəti bir araya gətirən də elə məhz bu prinsiplər olub.
4 dəqiqədən ibarət olan “Intelligent Details” adlı qısa video çarx avtomobil brendinin sifarişi ilə tamamilə “iPhone 5s” ilə çəkilib və “iPad Air”lə montaj edilib. Qiyməti 298 min ABŞ dolları olan “Bentley Mulsanne”ə QWERTY-klaviaturalı iPad Air yerləşdirmək nəzərdə tutulub.
