Vanhawks Valour adlı Kanadada hazırlanan velosiped, bluetooth vasitəsi ilə ağıllı telefon tətbiqinə bağlanaraq GPS məlumatını LED işıqları vasitəsilə sürücüyə ötürür. Sürücü dönməsi lazım olan yola yaxınlaşdığı zaman velosiped onu siqnalla xəbərdar edir.
Velosipeddəki sensorlar sürücünün nə qədər kalori itirdiyini, qət edilən məsafəni, sürətini və ən yaxşı sürüş zamanlarını ölçə bilir. Dizayn saytı “Kickstarter”da artıq sifariş olunmağa başlanan məhsulun təslimatı Noyabr ayında başlayacaq. Qiyməti isə 1049 Kanada dolları olacaq.
