Apple şirkətinin kiçik və böyük ekranlara sahib fərqli “iPhone”larla bu il satışa təqdim edəcəyi cihazların hansı tarixlərdə qarşımıza çıxacağı artıq dəqiqləşir. “The Economic Daily News”ün yayımladığı son məlumata görə Apple 4.7 düymlük “iPhone 6”nı Avqust ayında təqdim edəcək.


 


“Apple” şirkətinin 5.5 və 5.6 düymlü nəhəng ekranlı “iPhone”ları isə Sentyabr  ayında qarşımıza çıxacaq. Yeni “iPhone”ların satışa çıxacağı gün gəldiyində ilk olaraq 80 milyon “iPhone”nun istehsal ediləcəyi bildirilərkən, “Apple”ın yeni “iPhone”lar üçün satış gözləntisinin bir xeyli yüksəldiyi diqqət çəkir.


 


Çünki Apple 2014-cü ilin son rübündə 47 milyon iPhone satmışdı. Geniş ekranlı “iPhone”ların tək əhəmiyyətli xüsusiyyəti əlbəttə geniş ekranları olmayacaq. Digər tərəfdən batareya yeri üçün də geniş yer açılarkən, “iPhone”ların batareya probleminin də ortadan qalxması gözlənilir.