Snapchat sayəsində böyüməyə başlayan gizli mesajlaşma tətbiqi Blink, Yahoo tərəfindən satın alındı. “Snapchat”ın məşhurlaşması ilə özünü hər ötən gün böyüyən bir tətbiq olaraq göstərən Blink, Yahoonun diqqətini çəkməyi bacardı.


 


Köhnə Google işçiləri tərəfindən qurulan Meh Labsın inkişaf etdirdiyi Blink tətbiqi, həm Android həm də iOS mobil əməliyyat sistemlərinin olduğu telefon və tabletlərdə istifadə edilir.


 


50 minlik yükləmə sayına çatan tətbiq əslində çox da müvəffəqiyyətli və böyük bir tətbiq deyil, üstəlik bazara təqdimi çox qısa bir müddətdir. Yahoo, tətbiqin gələcəyini çox uğurlu gördüyündən satın alma əməliyyatını başlatdı. Hələlik maliyyə detalları barədə heç bir məlumat  yoxdur. Bununla yanaşı yeddi nəfərlik Meh Labs qrupunun nümayəndələri də şirkətə qatılacaq.