Nokia şirkəti, Braziliya sakinləri üçün smartfon “Lumia 630”un xüsusi versiyasını təqdim etdi. Bu dəyişikliyin əsas xüsusiyyəti quraşdırılmış rəqəmsal TV qəbul edicisidir. 


 


Bu mobil telefon “Dünya Kuboku 2014”də baş verən bütün hadisələri izləmək istəyənlər, lakin hansısa səbəblərdən oyunu canlı izləyə bilməyənlər üçün nəzərdə tutulmuşdur. “Nokia Lumia 630”un digər xüsusiyyətləri dəyişilməz olaraq qalıb.