“Google” şirkətinin sürücüsüz hərəkət edən avtomobilləri artıq 1 milyondan çox km məsafə qət edib və hazırda ABŞ şirkəti onları kütləvi bazara çıxarmağı planlaşdırır. Bu haqda Google şirkətində bu istiqamət üzrə direktor Kris Armson məlumat verib.
Armsonun sözlərinə görə, şirkət kütləvi istehsal imkanı haqqında dünya avtoistehsalçıları ilə danışıqlar aparır. O, həmçinin deyib ki, 6 il sonra sürücüsüz avtomobillərin kommersiya istifadəsinə başlanılacaq.
Kris Armson bildirib ki, sürücüsüz avtomobil baha qiymətə satılacaq. Sistemin ən bahalı komponenti lazer qurğusudur. Bir ildə cəmi 150 ədəd istehsal olunur. Ancaq direktor bildirib ki, istehsal həcminin artması ilə əlaqədar komponentlərin qiyməti azalacaq. Hazırda Google şirkəti sürücüsüz avtomobilləri müxtəlif yollarda sınaqdan keçirir.