YouTube, məşhur video oyun xidməti olan “Twitch” üçün 1 milyard dollar ödəmək niyyətindədir. Bu əməliyyat qısa vaxt ərzində yekunlaşacaq və “YouTube” tarixində ən böyük əməliyyat olacaqdır.


 


“Twitch” 2011-ci ilin İyun ayında təqdim olunan və kompüter oyunlarını yayımlayan aparıcı saytdır. Onun təqdim olunmasından bir il sonra, yəni 2012-ci ilin Fevral ayında artıq saytın oyunçu auditoriyası 15 milyon oldu.


 


2012-ci ilin Oktyabr ayında 20 milyon, 2013-cü ilin Avqust ayında isə 45 milyon iştirakçı sayı topladı. İndi isə bu məşhur video oyun xidməti 1 milyard dollara satılaraq “YouTube”un olacaqdır.