Nokia şirkətinin Microsoft korporasiyası ilə birləşməsi şərəfinə The Church of London agentliyi əməkdaşlar üçün yeni marka-kitab istehsal etdi. “Day One” (“Bir Gün”) adlı marka-kitab real kitab kimi hazırlanmışdır.


 


Kitab arxiv fotoşəkillər və “Birinci tarix”, “Bizi nə hərəkətə gətirdi” və “Sərhədsiz imkanlar” adlı üç hissədən ibarətdir. Bu mövzular hər iki şirkətin yaranması və birləşməsi, onların fəlsəfəsi, idealları, məqsədləri və gələcək planları haqqında bəhs edir. Sonuncu fəsildə boş səhifələr var. Bu əməkdaşların şirkətin gələcək inkişafı ilə bağlı fikirlərini yazmaq üçün nəzərdə tutulmuşdur.