Leo Burnett Moscow S7 Airlines təşkilatı üçün Catch a plane adlı mobil tətbiq hazırladı. Onun köməyi ilə iştirakçılar bütün dünyadan S7 Airlines təyyarələri vasitəsilə yüklənən “MİLE” mükafatlarını toplaya biləcək.
iOS üçün nəzərdə tutulan bu tətbiqin vasitəsilə təyyarələrin havada harada yerləşdiyini izləmək və “MİLE” toplamaq mümkündür. Toplanmış “MİLE” mükafatları isə daha sonra bilet mükafatı ilə əvəzlənir.
S7 Airlines öz təyyarələri üçün 5 milyon “MİLE” paylamışdır. Hər dəfə tətbiqi istifadə edən iştirakçının başı üzərindən S7 təyyarələri uçduğu zaman o bu barədə bildiriş alır. Həmin bildirişləri açdıqda isə uçuş məsafəsindən asılı olaraq 1,2 və yaxud da 3 “MİLE” qazanır. Əgər iştirakçı tətbiqin keçidini öz Facebook və ya Twitter ünvanında paylaşarsa mükafat olaraq daha bir “MİLE” əldə edir.