Almaniyanın paytaxt şəhəri olan Berlində “Magnum” dondurmalarının reklam təqdimatı keçirildi. Brend bu il 25 illiyini qeyd edir. Reklam çarxında model Rosie Huntington-Whiteley iştirak etdi.
Onun tərəfdaşı isə gənc aktyor Elyas M Barek oldu. Gənc aktyor təqdimetmə mərasimində də iştirak etdi və model Rosie Huntington-Whiteley ilə birlikdə kameralar önünə keçdi.


