Microsoft özünün yeni tableti “Surface Pro 3”ü rəsmi olaraq təqdim etdi. Cihaz 2160x1440 piksel təsvir ölçüsünə malik 12 düymlük ekran ilə təchiz olunub. Bu səbəbdən də cihaz şirkətin ən böyük planşeti oldu.
“Surface Pro 3” 800 qram olaraq 907 qramlıq “Surface Pro 2”dən daha yüngüldür. Surface Pro 3 “Intel Core” dördüncü nəsil prosessoruna əsasən quraşdırılmışdır və Windows Pro 8.1 platforması ilə işləyir.
Tablet müştərilərə daxili yaddaşın böyüklüyündən asılı olaraq, 64 GB-dan 512 GB-dək olmaqla bir neçə növdə təqdim olunacaq. “Surface Pro 3”ün ən kiçik dəyərə malik olanı 799 ABŞ dollarına sahib olandır. Maksimum üstünlüklü tablet, Intel Core i7 prosessoru, 512 GB ötürücü və 8 GB-lıq operativ yaddaş ilə müştərilərə 1949 ABŞ dolları dəyərində təqdim olunacaq.
