Apple şirkətinin klassik logoları arasında iştirak edən "göy qurşağı" naxışlı alma loqosu satışa çıxır. The Verge saytının xəbərinə görə, bir zamanlar “Apple”ın Cupertinodakı mərkəz binasında istifadə edilən 2 ədəd göy qurşağı alma loqosu hərrac üsulu ilə satılacaq.
Hərracın 4 İyun tarixində New Yorkda baş tutacağı bildirilir. Hərrac şirkəti olan “Bonhams”ın rəsmi internet saytındakı yerini alan logoların 10 min ilə 15 min dollar arasında alıcı tapması gözlənilir.
2 göy qurşağı Apple logosundan böyük olanın 46 × 49 düym ölçülərinə sahib olduğu və köpük vəsaitdən emal edildiyi, kiçik olanın isə 33 × 36 düym ölçülərində olduğu və metal-fiberglass vəsaitdən hazırlandığı verilən məlumatlar arasındadır. Apple şirkətinin indiki zamanda klassik olan və retro həvəskarları tərəfindən Apple məhsullarında hələ də istifadə edilən göy qurşağı Apple loqosu 1977-ci ildə istifadə edilməyə başlanmış və 1990-cı illərin sonlarına qədər şirkətin rəsmi loqosu olmuşdur.
