Bildiyimiz kimi ağıllı saatlar arasında güclü rəqabət gedir. Bu an üçün Samsung ağıllı saat bazarında liderliyə sahibdir. Satış nəticələrinə görə liderliyi əlində saxlayan Samsung 71 %-lik bir bazar payına sahibdir.
“Strategy Analytics”in reallaşdırdığı araşdırmalara görə bu ilin ilk rübündə dünya səviyyəsindəki satış nəticələrinə görə 500 min ədəd ağıllı saat satan Samsung, beləcə istifadəçilərin qolunda daşımağı seçim etdiyi marka olaraq da ad qazanmış vəziyyətdədir.
Bununla yanaşı 2013-cü ilə baxdığımız zaman ümumilikdə 1 milyon ədəd geyilə bilən cihazın satıldığını da məlumdur. “Samsung”un bu ilin ilk rübündə göstərdiyi satış müvəffəqiyyəti önümüzdəki dövrdə necə olacağı əlbəttə ki, hələlik naməlumdur. Bu məhsul seqmenti hələ yeni-yeni formalaşır və irəliləyən mərhələlərdə daha bir çox texnologiya nəhəngi yeni saatlarını istehsal edəcəkdir . Bunlar arasında böyük maraqla gözlənilən Apple iWatch ilə LG, Motorola, HTC və Asusun da istehsal edəcəyi Android Wear ekosistemli ağıllı saatlar var. Hətta “LG”nin “G Watch” adını verdiyi yeni ağıllı saatı “LG”nin yeni mobil telefonu “G3”ün tanıdılacağı 27 May günü özünü göstərə bilər.