Microsoftun “Androidli Nokia X”ı davam etdirməyəcəyi düşünülərkən yeni bir xüsusiyyətlə təkrar qarşımıza çıxmağa hazırlaşır. Nokia Microsoft tərəfindən satın alınmasına baxmayaraq şirkət Androidli telefonlar mövzusunda geri addım atacaq kimi görünmür.
“BGR India”nın bir hesabatına görə ilk dəfə bir giriş düyməsi ilə gələcək “Nokia X” ailəsinin yeni üzvləri üzərindəki işlər davam edir. “Nokia X” sahibi olan çox istifadəçi cihazın ön tərəfindəki tək fiziki düymənin “geri düyməsi” olmasından məmnun deyil. İstifadəçilərin çoxu bu “geri düyməsi”nə uzun toxunduqdan sonra giriş ekranına qayıda bildiklərinin fərqində deyildir. Yenə də “BGR India”nın hesabatına görə giriş ekranına dönməyi asanlaşdırmaq istəyən Microsoft, cihaza ayrı bir giriş düyməsi əlavə etməyi düşünür. Yeni “Nokia X”da istifadə olunacaq təchizatlar mövzusunda isə hər hansı bir ipucu yoxdur.