Sony öz Twitter hesabında 2013-cü ildə təqdim olunan bəzi cihazlar üçün yeniləmə proqramının başlanmasını elan edib. Söhbet “Xperia Z”, “Xperia ZL” və onların sadələşdirilmiş versiyası “Xperia ZR”dən gedir.
Yaponlar “Xperia Z” tableti də unutmayıblar. O, da “şokolad” versiya kimi yenilənəcək. Update özü ilə bir sıra dəyişikliklər gətirir. Xüsusilə, buna yeni istifadəçi interfeysi, Xperia mövzuları, təkmilləşdirilmiş kamera proqramı, bütün yeni daşına bilən cihazların dəstəyi, eləcə də sabitlik və performansın yaxşılaşdırılması daxildir.
