“Facebook” sosial şəbəkəsi istifadəçilərin şikayət etdikləri gizlilik nizamlarında yenidən dəyişiklik edib. Dəyişikliklərdən biri sosial şəbəkəyə yeni üzv olanlar üçündür. Belə ki, yeni üzvlərin çoxu gizlilik nizamlarını bilmədikləri üçün paylaşdıqları “hər kəsə açıq” şəkildə qeyd olunurdu.
Bu da çoxlu şikayətlərə səbəb olurdu. Dəyişiklikdə isə artıq yeni üzvlərin paylaşdıqları avtomatik olaraq “dostlar üçün” qeyd olunacaq. “Facebook”dakı başqa bir dəyişiklik isə istifadəçilərdən daha diqqətli olmağı tələb edir.
Belə ki, hər hansı paylaşım etmək istədikdə ekranda bildiriş pəncərəsində paylaşdığınızı kimlərin görməsini istədiyiniz soruşulacaq. Bununla da bilmədən hər kəsə paylaşma riski aradan qalxmış olacaq. Bu xüsusiyyətin yaxın günlərdə tətbiq olunması gözlənilir.