Texnologiya nəhəngi “Google”, üç ölçülü video və fotoşəkil çəkə bilən bir planşet yaratmağa başladığını açıqlayıb. Google, yeni planşetlərə “Project Tango” adını verib. “Google”, “Tango”nun məqsədini, “İstifadəçi hərəkət edərkən ətrafının üç ölçülü xəritəsini çıxara bilən bir cihaz yaratmaq” olduğunu açıqlayıb.
Yeni planşetdə,iki ədəd kameraya əlavə olaraq infraqırmızı qəbul edicilər və inkişaf etmiş görüntüləmə proqramları olacaq. Planşet 7 düymlük bir ekrana malik olacaqdır. Planşetin nə zaman bazara çıxacağı və qiymətinin nə olacağı isə hələki müəyyən deyil.
