"Wall Street Journal"ının xəbərinə görə , Samsung özünün ağıllı saatı olan “Gear”ın yeni modellərinə SİM kart əlavə etməyi planlaşdırır. Qol saatının eyni zamanda kiçik bir telefon olaraq da istifadə edilə bilməsini istəyən Samsung, beləcə “Gear”ın , sıravi bir telefonun edə bildiyi hər şeyi edəbilməsini təmin edəcək.
Eyni zamanda bir ürək monitoru olaraq da çalışacaq olan yeni nəsil “Gear”ın , oxşar xüsusiyyətlərə sahib olacağı təxmin edilən “Apple”ın “iWatch”una rəqib olaraq hazırlandığı da təxmin edilir. “Apple”ın bu il təqdim etməsi gözlənilən “iWatch”una qarşı “Samsung”un da daha güclü və sensasional bir Gear ilə ortaya çıxması heç də sürpriz olmayacaq.