Apple şirkətinin WWDC konfransında təqdim edəcəyi yeni cihazları hər kəsi maraqlandırır. Məlumata görə iWatch, Apple TV, Retina ekranlı MacBook Air və ya iPhone 6 tanıdılacaq. “iPhone 6” nın tanıdılması ehtimalı daha aşağıdır.


 


Alman qaynaqlı Apple blogu Apfelpage.de saytına görə, Alman mobil telefon operatoru Deutsche Telekom, “iPhone 6”nı 19 Sentyabrda satışa təqdim edəcək. 


 


Daha əvvəl “IPhone 5”i və “iPhone 5S”i Sentyabr aylarında tanıdan və təxminən 2 həftəlik bir müddətdən sonra satışa təqdim edən Apple şirkətinin, “iPhone 6”da da eyni strategiyanı tətbiq edəcəyini təxmin etmək çox da çətin deyil.