Bir müddət əvvəl Amerikalı şirkət tərəfindən Çinli texnologiya nəhəngi Lenovoya satılan Motorola, çətin günlər keçirir. Bir müddət bundan öncə "Lenovo"nun himayəsinə keçən Motorola, aldığı son qərarla həm istehlakçıları həm də işçilərini üzdü.


 


Motorola, çox satılan və bir çox ölkədə zirvədə olan "Moto G" və "Moto X"ın da istehsal olunduğu Amerikadakı Teksas fabrikini, 2015-ci ilin əvvəlində bağlama qərarı aldı. Bu qərar nəticəsində Motorolanın, Teksas fabrikindəki 4000 işçisindən 700-ü işsiz qalacaq, digərləri də fərqli fabriklərə göndəriləcək. Motorola, bunun "Maliyyə Tənzimləmə"si olduğunu bildirdi.